Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu bu qədər artıb

14:08 - 15.07.2026


15 iyul, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyun aylarında əsas kapitala 9295,2 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 13,8 faiz çox investisiya yönəldilib.

Bu barədə DSK-dan məlumat verilib. Bildirilib ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi real ifadədə 34,3 faiz artaraq 3163,6 milyon manat, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 5,5 faiz artaraq 6131,6 milyon manat olub.

Əsas kapitala yönəldilmiş investisiyaların həcmi məhsul istehsalı sahələri üzrə real ifadədə 22,1 faiz artaraq 5041,6 milyon manat, xidmət sahələri üzrə real ifadədə 9,3 faiz artaraq 2955,2 milyon manat, yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 2,7 faiz azalaraq 1298,4 milyon manat olub.