15:08 - 15.07.2026
15 iyul, Fineko/abc.az. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 2026-cı il üzrə reklam qanunvericiliyinin pozulması ilə bağlı “İrşad Electronics” MMC barəsində inzibati protokol tərtib edib.
Agentliyin açıqladığı məlumatda qeyd edilib ki, 10 iyun 2026-cı il tarixində şirkət barəsində inzibati xəta haqqında protokol tərtib olunub.
Şirkətin “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.5-ci maddəsinin tələblərini pozduğu bildirilib. Pozuntu reklamı qadağan olunmuş məhsulların, texnikanın və xidmətlərin reklamına, eləcə də reklam yayımının qanunvericiliklə müəyyən edilmiş qayda və tələblərinə əməl edilməməsi ilə əlaqədardır. Fakt üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə inzibati protokol tərtib edilib.
Qeyd edək ki, İXM-nin həmin maddəsinə əsasən, reklamı qadağan olunmuş məhsulların, texnikanın və xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyən edilmiş qayda və tələblərinə əməl edilməməsinə görə hüquqi şəxslər 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.
15 İyul 2026
15 İyul 2026
13 İyul 2026
14 İyul 2026
13 İyul 2026
14 İyul 2026