Azərbaycan nefti bahalaşaraq 81 dolları ötüb

10:34 - 14.07.2026


14 iyul, Fineko/abc.az. Dünya enerji bazarlarında keçirilən son hərracların nəticələrinə əsasən, Azərbaycanın etalon neft markası əhəmiyyətli dərəcədə dəyər qazanıb.

Məlumata görə, “Azeri Light” (CIF) markalı yüngül ixrac neftinin bir barelinin qiyməti 3,38 ABŞ dolları və ya 4,3% artaraq 81,29 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin tarixdə qeydə alınan ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.