Rusiya Türkiyənin beş şirkətindən meyvə idxalını dayandırıb

21:23 - 17.07.2026


17 iyul, Fineko/abc.az. Rusiyanın “Rosselxoznadzor” Federal Xidməti Türkiyənin beş istehsalçısından gilas, albalı, şaftalı, ərik və gavalı idxalına müvəqqəti məhdudiyyət qoyub. Bu meyvə və giləmeyvələrin idxalına 18 iyuldan etibarən məhdudiyyət tətbiq edilir. Bu barədə TASS məlumat verib.

Qərar Türkiyədən Rusiyaya daxil olan çəyirdəkli meyvə məhsullarında karantin zərərvericilərinin sistemli şəkildə aşkarlanması ilə bağlı qəbul edilib.