Hindistanda ilk hidrogen qatarı xəttə buraxılıb

21:28 - 17.07.2026


17 iyul, Fineko/abc.az. Hindistanda ilk hidrogenlə işləyən qatarın istifadəyə verilməsinə 17 iyul tarixində ölkənin baş naziri Narendra Modi start verib.

Bu barədə Times of India məlumat yayıb. Qatar Haryana ştatında 89 kilometrlik marşrut üzrə hərəkət edəcək.

Hindistanda hazırlanmış qatar 2600 sərnişin tutumuna malikdir və hidrogen sızması, həddindən artıq qızma və tüstünü aşkar edən təhlükəsizlik sistemləri ilə təchiz olunub. Gücü 3200 at gücü təşkil edir, maksimal sürəti 75 km/saat (hesabi — 110 km/saat) səviyyəsindədir.

Hidrogen qatarları dünyada hələ də nadir sayılır: onlar kommersiya istifadəsində Almaniyada mövcuddur, digər ölkələrdə isə sınaq mərhələsindədir. Xaricdə istismar olunan bu tip qatarların əksəriyyəti regional marşrutlar üçün nəzərdə tutulur və 2–4 vaqondan ibarət olur.