Bakı-Balakən qatarlarının hərəkət marşrutu müvəqqəti dəyişir — Reyslər tam dayandırılacaq

16:19 - 16.07.2026


16 iyul, Fineko/abc.az. Qax, Zaqatala və Balakən rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraiti səbəbindən Qax-Balakən dəmiryolu infrastrukturuna dəyən ziyanın aradan qaldırılması istiqamətində bərpa işləri davam etdirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) verilən məlumata görə, təhlükəsizlik məqsədilə avqustun 1-dək Bakı-Balakən marşrutu üzrə qatarlar yalnız Qax stansiyasına qədər hərəkət edəcək, Balakən-Bakı istiqamətində hərəkət isə Qax stansiyasından təşkil olunacaq.

Dəmiryol xəttinin tam bərpası məqsədilə avqustun 1-dən etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə reyslər müvəqqəti dayandırılacaq və avqustun 1-13-ü tarixlərinə bilet almış sərnişinlərə ödənilmiş vəsait tam həcmdə geri qaytarılacaq.