Azərbaycan ərazisindən Ermənistana növbəti tranzit və yanacaq ixracı həyata keçirilib

17:09 - 10.07.2026


10 iyul, Fineko/abc.az. Rusiya Federasiyasından Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti yük partiyasının tədarükü reallaşdırılıb.

Bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə ümumi çəkisi 470 ton olan propan qazı yüklənmiş 14 vaqon və çəkisi 339 ton təşkil edən gübrə ilə dolu 5 vaqon yola salınıb.

Qeyd edək ki, indiyədək Azərbaycanın logistik marşrutları vasitəsilə Rusiyadan Ermənistana tranzit qaydada:

•      36 min tondan çox taxıl,

•      8 min tona yaxın gübrə,

•      1 136 ton propan,

•      414 ton antrasit,

•      133 ton alüminium göndərilib.

Tranzit daşımaları ilə yanaşı, Azərbaycan tərəfindən Ermənistana birbaşa neft məhsullarının ixracı da davam edir. Belə ki, cari dövrədək ölkəmizdən Ermənistana 14 min tondan çox dizel yanacağı, həmçinin 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı avtomobil benzini ixrac edilib.