21:14 - 8.07.2026
8 iyul, Fineko/abc.az. Nigeriya ən sıx yol hərəkətinə malik ölkələr siyahısında birinci yeri tutub. Orada bir istiqamət üzrə orta səyahət müddəti 63,8 dəqiqəyə çatır.
Bu barədə Numbeo portalının Traffic Index by Country 2026 qlobal reytinqinin yenilənmiş məlumatlarında qeyd olunur.
Postsovet ölkələrində bu göstərici xeyli aşağıdır və 20–40 dəqiqə arasında dəyişir. Belə ki, Rusiyada orta yol müddəti təxminən 43,3 dəqiqə, Azərbaycanda — 40,6 dəqiqə (Bakıda — təxminən 39,9 dəqiqə), Qazaxıstanda — 35,9 dəqiqə, Belarusda — 31,3 dəqiqə, Ermənistanda isə — 29,3 dəqiqədir.
Qeyd olunur ki, ərazisi geniş və iri meqapolisləri olan ölkələrdə, məsələn Rusiyada, orta göstərici şəhərdən asılı olaraq xeyli dəyişə bilər.
13 İyul 2026
13 İyul 2026
11 İyul 2026
13 İyul 2026