14:56 - 16.07.2026
15 iyul, Fineko/abc.az. Dövlət bankı "Azər-Türk Bank" ASC-nin 2026-cı ilin I yarısı üzrə hesabatı ilk baxışdan müsbət görünsə də, xərclərin gəlirləri üstələməsi və kreditləşmə tempindəki qeyri-effektivlik ciddi risklərdən xəbər verir.
Belə ki, bankın gəlirlərinin 83%-dən çoxu (77,2 milyon manat) əməliyyat xərclərinə gedib, əməliyyat mənfəəti (15,3 milyon manat) ilə xalis mənfəət (10,3 milyon manat) arasındakı 5 milyon manatlıq fərq isə inzibati yüklərin mənfəəti kəskin azaltdığını göstərir.
Digər tərəfdən, bankın depozit portfeli kəskin şəkildə – 30% artaraq 1,5 milyard manata çatsa da, bu vəsaitin cəmi 55%-i (828 milyon manatı) kreditə yönəldilib. Depozitlərin kredit portfelini demək olar ki, iki dəfə üstələməsi bankın cəlb etdiyi pulları səmərəli yerləşdirə bilmədiyini və bu vəsaitlərin gələcəkdə əlavə xərc yükünə çevriləcəyini göstərir.
Aktivlərin 2 milyard manatı keçməsinə rəğmən, 10,3 milyon manatlıq xalis mənfəət aktivlərin gəlirlilik əmsalının (ROA) cəmi 0.5% səviyyəsində qalmasına səbəb olub ki, bu da bazar ortalamasından xeyli aşağıdır.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026