17:25 - 15.07.2026
15 iyul, Fineko/abc.az. "Azərbaycan Sənaye Bankı" ASC (ASB) 2026-cı ilin I yarısının maliyyə göstəricilərini açıqlayıb. Hesabatda xalis mənfəətin artmasına baxmayaraq, xərclərin kəskin yüksəlməsi və risk ehtiyatlarının azaldılması hesabına balansın qorunması diqqət çəkir.
Məlumata görə, cari ilin yanvar-iyun aylarında bankın xərcləri gəlirlərindən daha sürətlə – 22% artaraq 27,168 milyon manata çatıb (gəlirlər isə 20,6% artaraq 31,654 milyon manat olub). Xərclərin bu dərəcədə yüksəlməsinə rəğmən, bankın xalis mənfəətinin 20,3% artaraq 3,444 milyon manat təşkil etməsinə əsas səbəb mümkün zərərlər üçün xüsusi ehtiyatlara ayırmaların birdən-birə 56,4% azaldılaraq cəmi 177 min manata salınması olub. Bu isə gələcəkdə kredit riskləri qarşısında bankın buferini zəiflədə bilər.
Digər tərəfdən, hesabat dövründə bankın öhdəlikləri 7,5% artaraq 742,54 milyon manata çatsa da, cəlb edilən depozitlərin artım tempi kifayət qədər zəif olub – cəmi 4,7% artaraq 513,626 milyon manat təşkil edib. Bankın aktivləri 7,3% artaraq 874,525 milyon manata, kredit portfeli isə 33,9% böyüyərək 400,056 milyon manata yüksəlib.
15 İyul 2026
15 İyul 2026
13 İyul 2026
14 İyul 2026
14 İyul 2026
13 İyul 2026
14 İyul 2026