17:19 - 15.07.2026
15 iyul, Fineko/abc.az. Bu ilin yanvar–iyun aylarında Aktau limanı vasitəsilə Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri istiqamətində 704 min ton Qazaxıstan nefti tranzit edilib.
Bu barədə "KazTransOyl"un aylıq hesabatında qeyd edilib.
Məlumata görə, iyun ayında Aktau limanı vasitəsilə BTC neft kəməri istiqamətində 108 min ton Qazaxıstan nefti göndərilib, bu da ötən ilin iyun ayı ilə müqayisədə 13,6 % azdır.
Daha əvvəl Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov bildirib ki, Qazaxıstan cari ildə BTC boru kəməri vasitəsilə dünya bazarlarına 1,5 milyon tondan 2,2 milyon tonadək neft ixrac etməyi planlaşdırır.
Xatırladaq ki, 2025-ci ildə Qazaxıstan BTC neft kəməri ilə 1,2 milyon ton neft ixrac edib.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
15 İyul 2026