Fransada dövlət borcuna münasibətin dəyişdirilməsi təklif edilib

15:12 - 16.07.2026


16 iyul, Fineko/abc.az. Fransa qtisadçıları hesab edirlər ki, ölkə dövlət borcunun azaldılmasına deyil, onun sabitləşdirilməsinə fokuslanmalıdır. Bu barədə Sud Ouest qəzeti yazır.

Onların qiymətləndirməsinə görə, borcun 2032-ci ilə qədər sabitləşdirilməsi üçün 2027-ci ildən başlayaraq €126 mlrd həcmində büdcə düzəlişi tələb olunur. Mövcud siyasət davam edərsə, büdcə kəsiri 2030-cu ildə ÜDM-in 6,8%-nə, dövlət borcu isə 130,5%-nə çata bilər.

Göstəricilərin artımı borc üzrə faiz ödənişlərinin yüksəlməsi, hərbi xərclərin artması və vergi daxilolmalarının azalması ilə əlaqələndirilir.

İqtisadçılar xərclərin azaldılması, gəlirlərin artırılması və iqtisadi artımın stimullaşdırılmasını nəzərdə tutan kompleks tədbirlər təklif edir və vurğulayırlar ki, əsas şərt siyasi iradədir.