21:23 - 17.07.2026
17 iyul, Fineko/abc.az. Rusiyanın “Rosselxoznadzor” Federal Xidməti Türkiyənin beş istehsalçısından gilas, albalı, şaftalı, ərik və gavalı idxalına müvəqqəti məhdudiyyət qoyub. Bu meyvə və giləmeyvələrin idxalına 18 iyuldan etibarən məhdudiyyət tətbiq edilir. Bu barədə TASS məlumat verib.
Qərar Türkiyədən Rusiyaya daxil olan çəyirdəkli meyvə məhsullarında karantin zərərvericilərinin sistemli şəkildə aşkarlanması ilə bağlı qəbul edilib.
17 İyul 2026
17 İyul 2026
15 İyul 2026
16 İyul 2026