21:39 - 16.07.2026
16 iyul, Fineko/abc.az. Braziliyanın “Embraer” şirkəti öz sinfində təxminən 15 ildir satış lideri olan yüngül biznes-jet Phenom 300EV-nin yenilənmiş versiyasını təqdim edib.
Təyyarə təxminən 860 km/saat sürətini qoruyub, lakin uçuş məsafəsi artırılıb — yanacaq doldurmadan 3800 km-dən çox məsafə qət edə bilir və 1390 kq-dək faydalı yük daşıyır.
Əsas yeniliklərdən biri fövqəladə hallarda təyyarəni avtomatik endirə bilən Emergency Autoland sistemi ilə təchiz olunmuş Garmin G3000 Prodigy Touch avionika kompleksidir. Bundan əlavə, Phenom 300EV avtomatik əyləcləmə sistemi və yeni elektron idarəetmə sistemləri ilə təchiz edilib.
Salon əvvəlki modelin dizaynındadır, lakin yenilənmiş bar və təkmilləşdirilmiş temperatur tənzimləmə sistemi ilə yaxşılaşdırılıb.
17 İyul 2026
17 İyul 2026
15 İyul 2026
16 İyul 2026