Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracının həcmi məlum olub

17:16 - 21.07.2026


21 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan tranzit neftinin həcmi 12 milyon 702,3 min ton (nəqletmənin 76,9 faizi) təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 1 milyon 1 milyon 222,6 min ton və ya 8,8% azdır.

Belə ki, 2025-ci ilin yanvar-iyun aylarında BTC ilə 13 milyon 924,9 min ton neft nəql edilmişdi.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,3 faizini (10 milyo 453,9 min ton) Azərbaycanda hasil edilən neft, 17,7 faizini (2 milyon 248,4 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.