21:55 - 22.07.2026
22 iyul, Fineko/abc.az. ABŞ-ın çip istehsalçısı "Advanced Micro Devices" (AMD) və süni intellekt tərtibatçısı "Anthropic" on milyardlarla dollar dəyərində strateji tərəfdaşlıq sazişi imzalayıb.
"Wall Street Journal"ın məlumatına görə, saziş çərçivəsində "Anthropic" 2027-ci ilin birinci yarısından etibarən AMD-dən 2 giqavat gücündə yeni nəsil "Instinct MI450" çipləri alacaq. Öz növbəsində AMD "Anthropic"ə 5 milyard dollara qədər investisiya yatıracaq.
Tərəflər həmçinin "Claude" modellarından hissəvi istifadə edərək proqram təminatının və çip texnologiyalarının performansını artırmaq üçün mühəndislik əməkdaşlığına başlayıblar.
21 İyul 2026