16:25 - 21.07.2026
21 iyul, Fineko/abc.az. Almaniyanın Federal Kansleri Fridrix Merts Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən birgə mətbuat konfransında bildirib ki, Almaniyanın və Azərbaycanın siyasi təhlükəsizliyi ilə iqtisadi maraqları böyük müharibələrin təsirinə məruz qalıb və tərəflər bütün münaqişələrin danışıqlar yolu ilə həllini müdafiə edirlər.
Kansler Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması münasibətilə dövlət başçısını təbrik edərək, bu tarixi sənədin Cənubi Qafqazda daimi sabitlik üçün yeni şans yaratdığını vurğulayıb.
Səfər çərçivəsində tərəflər münasibətlərin inkişafı üçün Birgə Bəyannamə imzalayıb, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının təsis edilməsi barədə razılığa gəliblər.
Merts Orta Şərqdəki böhran fonunda Azərbaycan nefti və Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatının xüsusi strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
21 İyul 2026
21 İyul 2026
21 İyul 2026