Ən böyük öhdəlikləri olan 5 bank - Siyahı

14:47 - 21.07.2026


21 iyul, Fineko/abc.az. Azərbaycanda 2026-cı ilin birinci yarısının sonuna ən böyük öhdəlikləri banklar məlum olub.

ABC.AZ xəbər verir ki, bu barədə bankların rüblük hesabatlarında qeyd edilib.

Renkinqə görə, ölkə bankları arasında öhdəlkilərinin həcmi ən çox olan bank Azərbaycan Beynəlxalq Bankı - «ABB Bank»dır. Bankın öhdəliklərinin həcmi 13,1 milyard manatdır.

«Kapital Bank»ın öhəlkilərinin həcmi 11,9 milyard manat, «PAŞA Bank»ın öhdəliklərinin həcmi 8,6 milyard manat təşkil edib.

Siyahıda dördüncü yerdə 2,4 milyard manat öhdəliklərlə «Bank Respublika», beşinci yerdə isə 2,3 milyard manat öhdəliklərlə «XalqBank» dayanıb.