İlham Əliyev: Almaniya ilə əməkdaşlıq bölgəmizdə sülhə və enerji təhlükəsizliyinə töhfə verir

16:14 - 21.07.2026


21 iyul, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə keçirilən birgə mətbuat konfransında bəyan edib ki, Almaniya Aİ-nin aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırır və ikitərəfli əlaqələr regionda əməkdaşlığa, sülhə böyük töhfə verəcək.

Dövlət başçısı Azərbaycan qazının Aİ-yə üzv 10 ölkəyə çatdırıldığını, Almaniyaya neft ixracı ilə yanaşı gələcəkdə "yaşıl enerji" tədarükünün də planlaşdırıldığını bildirərək enerji əməkdaşlığının genişmiqyaslı xarakter daşıdığını vurğulayıb.

Prezident həmçinin Azərbaycanın Mərkəzi Asiya məşvərət formatının üzvü kimi Avropa ilə Mərkəzi Asiya arasında artan körpü rolunu və nəqliyyat-tranzit sahəsində Almaniya şirkətləri ilə tərəfdaşlığın mühüm əhəmiyyətini diqqətə çatdırıb.