17:11 - 21.07.2026
21 iyul, Fineko/abc.az. Ermənistan balıqçıları Hökumət Binası qarşısında aksiya keçirərək baş nazirin müavini ilə görüş tələb ediblər. Səbəb satış böhranıdır. Belə ki, Rusiya bazarı onların üzünə bağlıdır, Avropa bazarı hələ əlçatan deyil. Anbarlarda Rusiya sərhədindən qaytarılmış partiyalar da daxil olmaqla minlərlə ton məhsul qalır.
Balıqçılar Birliyinin rəhbəri Qor Grigoryanın sözlərinə görə, sənaye yeni bazarları mənimsəməyə hazırdır, lakin dəstəyə və vaxta ehtiyac duyur. Bundan əvvəl sahibkarlar Aİ bazarına girməyə çalışsalar da, hələ də lazımi qeydiyyatı rəsmiləşdirə bilməyiblər.
Xatırladaq ki, iyun ayında Rusiya Baytarlıq, fitosanitar və torpaq nəzarəti xidməti (“Rosselxoznadzor”) Ermənistandan balıq sertifikatını dayandırdı və sonra məhdudiyyətlər sektorun bütün məhsullarına şamil edildi.
21 İyul 2026
21 İyul 2026
21 İyul 2026