16:24 - 21.07.2026
21 iyul, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 249,2 min ton gübrə və azot birləşmələri istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,9% azdır. Hesabat dövründə karbamid istehsalı 248,4 min ton təşkil edib ki, bu da illik müqayisədə 21,1% azalma deməkdir.
İyulun 1-nə olan vəziyyətə görə, sənaye müəssisələrinin anbarlarında 70,9 min ton karbamid ehtiyatı qalıb.
Qeyd edək ki, 2026-cı ilin yanvar–may aylarında Azərbaycan 124 min ton karbamid ixrac edib.
21 İyul 2026
21 İyul 2026
21 İyul 2026