15:52 - 21.07.2026
21 iyul, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycan Özbəkistan istehsalı olan kondisionerlərin ən böyük alıcısı olub.
ABC.AZ xəbər verir ki, bu barədə Özbəkistanın Milli Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, hesabat dövründə Özbəkistan 8 xarici ölkəyə 4,6 milyon ABŞ dolları dəyərində 22 443 kondisioner (+5,1 %) ixrac edib.
Azərbaycana 7 367 ədəd və yaxud Özbəkistandan ümumi kondisioner ixracının 32,8 %-i tədarük edilib.
Bu məhsulun alıcıları siyahısında ikinci yeri Tacikistan (4 775 ədəd), üçüncü yeri isə Türkiyə (4 640 ədəd) tutub.
21 İyul 2026
21 İyul 2026
21 İyul 2026