14:53 - 20.07.2026
20 iyul, Fineko/abc.az. Gürcüstanın Milli Statistika Xidmətinin ("GeoStat") məlumatına əsasən, bu ilin birinci yarısında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6% artaraq 691,2 milyon dollara (təxminən 1,17 milyard manat) çatıb.
Hesabat dövründə Azərbaycanın Gürcüstanın ümumi xarici ticarət dövriyyəsindəki payı 5,3% təşkil edib.
Bu göstərici ilə Azərbaycan Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra Gürcüstanın ilk 5 əsas ticarət tərəfdaşı arasında mövqeyini möhkəmləndirib.
21 İyul 2026
21 İyul 2026
21 İyul 2026