İran və Belarus turizmin inkişafı üçün Tehran-Minsk birbaşa aviareysinin açılışını planlaşdırır

21:32 - 22.07.2026


22 iyul, Fineko/abc.az. İran və Belarus qarşılıqlı turizmin inkişafına mane olan əsas problemlərdən birini — paytaxtlar arasında müntəzəm birbaşa aviareysin olmamasını aradan qaldırmağı planlaşdırır. Bu barədə “Times.by” məlumat yayıb.

Belarus tərəfi artıq zəruri aviasiya icazələrini verib ki, bu da Tehran — Minsk marşrutunun praktiki hazırlanmasına keçməyə imkan yaradır. Lakin uçuşların başlama tarixi, tezliyi və konkret aviadaşıyıcı hələ rəsmi olaraq müəyyən edilməyib.

Məsələ Tehranda Belarusun səfiri Dmitri Koltsovun, həmçinin İranın dövlət qurumları, parlamenti və turizm sektoru nümayəndələrinin iştirakı ilə müzakirə olunub.

İran tərəfi marşrutların hazırlanması, səfərlərin təşviqi, statistika mübadiləsi və sahəvi tədbirlərin təşkili üçün birgə turizm komitəsinin yaradılmasını təklif edib.