Bir neçə daşıyıcımız artıq Çində öz hablarını yaradıb - ABADA baş katibi

10:44 - 21.07.2026


21 iyul, Fineko/abc.az. Azərbaycanın bir neçə daşıyıcısı artıq Çində öz hablarını, yəni nəqliyyat qovşaqlarını yaradıblar.

ABC.AZ xəbər verir ki, bunu jurnalistlərlə görüşdə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibi Kənan Qurbanov bildirib.

O qeyd edib ki, daşıyıcılarımız sözügedən istiqamətdə loqistik mərkəzlərinin yaradılmasında fəallığını artırıblar.

"Əsasən daşıyıcılarımız loqistika mərkəzlərini Çinin Hrqost və Urumçi şəhərində yaradıblar. Bu şəhərlər də Qazaxıstanla sərhəddir və daşıyıcılarımız proseduru əsasən Qazaxıstan üzərindən həyata keçirirlər". ABADA baş kstibi görüşdə yeni xəbəri də jurnalistlərlə bölüşdü. Belə ki, bu həftədən etibarən Azərbaycan və Türkmənistan arasında ilk elektron tir həyata keçiriləcək. "Bu daşımaların daha tez və sürətli həyata keçirilməsi deməkdir. Elektron  tirdə bizim Gömrük Komitəmiz liderdir demək olarki. Yeni "e-tir" prosedurundan sonra isə Türkmənistan gömrüyü də müəyyən mənada fəaliyyəti genişlənəcək", - deyə K.Qurbanov bildirib.

Müəllif: Elmir Muradov