12:35 - 21.07.2026
21 iyul, Fineko/abc.az. Bu ilin I yarısında Gürcüstan Azərbaycana 1,4 milyon ABŞ dolları dəyərində 94,4 ton avtomobillər üçün ehtiyat hissələri və aksesuar ixrac edib.
Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib. Bu, 2025-ci ilin eyni dövrünə nisbətən dəyər ifadəsində 8,4%, kəmiyyət olaraq 62% çoxdur.
Beləliklə Azərbaycan Gürcüstanın sözügedən məhsulları ixrac etdiyi ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.
Bu ilin ilk 6 ayında Gürcüstan xarici ölkələrə 3,3 milyon ABŞ dolları dəyərində 282 ton avtomobil aksesuarı və ehtiyat hissələri satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 40 % və 10 % azdır.
Hesabat dövründə Gürcüstan Ermənistana 968 min ABŞ dolları dəyərində 89,7 ton, Honkonqa 250 min ABŞ dolları dəyərində 11,4 ton Türkiyəyə 231,4 min ABŞ dolları dəyərində 14,8 ton, Suriyaya 81,2 min ABŞ dolları dəyərində 31,7 ton tədarük həyata keçirib.
21 İyul 2026
21 İyul 2026
21 İyul 2026