21:40 - 22.07.2026
22 iyul, Fineko/abc.az. ABŞ-ın "Goldman Sachs" investisiya bankı Yaxın Şərqdəki gərginlik səbəbindən Hörmüz boğazından LNG tədarükünün ləngiməsini nəzərə alaraq Avropada təbii qazın qiyməti üzrə proqnozunu yuxarı yönlü yeniləyib.
Bank TTF habındakı qazın qiymət proqnozunu 2026-cı ilin III rübü üçün 1 meqavat-saat üzrə 41 avrodan 60 avroya, IV rüb üçün isə 40 avrodan 53 avroya qaldırıb.
Ekspertlərin hesablamalarına görə, qaz tədarükünün azalması nəticəsində Avropa anbarlarının doluluq səviyyəsi qış mövsümünün əvvəlində 67% təşkil edə bilər (əvvəlki proqnoz 74% idi). Qeyd edək ki, bu gün TTF-də avqust fyuçerslərinin qiyməti 3,6% artaraq 61,83 avroya yüksəlib.
21 İyul 2026