21:58 - 22.07.2026
22 iyul, Fineko/abc.az. Beynəlxalq reytinq agentliyi "S&P Global Market Intelligence" Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) iyulun 23-də keçiriləcək iclasında birhəftəlik repo üzrə faiz dərəcəsini %37 səviyyəsində sabit saxlayacağını proqnozlaşdırır.
Agentliyin Avropa iqtisadiyyatı üzrə direktor müavini Endryu Birç bildirib ki, Yaxın Şərqdə artan gərginlik və enerjidaşıyıcılarının qiymətindəki dəyişkənlik səbəbindən iyul ayındakı dezinflyasiya meyilləri yeni faiz endirimi tsiklinə başlamaq üçün kifayət etmir. S&P-nin təhlilçilərinə görə,
Mərkəzi Bank yalnız inflyasiyanın ardıcıl azalacağı təqdirdə ilin IV rübündə faiz endirimi üçün zəmin hazırlaya bilər.
21 İyul 2026