Çin şəhər idarəçiliyi üçün 6 süni intellekt agentini təqdim edib

22:42 - 21.07.2026


21 iyul, Fineko/abc.az. Şanxayda keçirilən Ümumdünya Süni İntellekt Konfransında şəhər idarəçiliyi üçün nəzərdə tutulmuş 6 yeni süni intellekt (AI) agenti təqdim olunub.

Ən çox diqqət çəkən yenilik Şanxayın mərkəzindəki Suçjou çayının 21 kilometrlik hissəsinin yüksək dəqiqlikli rəqəmsal əkiz modeli əsasında işləyən və daşqınlarla mübarizə aparan agent olub.

Bu sistem intensiv yağıntılar zamanı operativ qərarların qəbul edilməsinə kömək edir. Digər AI agentləri isə sakinlərə sosial infrastrukturu (uşaq otaqları, yeməkxanalar, mənzil və nəqliyyat) tez tapmağa imkan verir, həmçinin kənd əraziləri, şəhər strategiyası, tikinti icazələri və planlaşdırma üzrə hüquqi tənzimləmə tapşırıqlarını yerinə yetirir.