22:22 - 21.07.2026
21 iyul, Fineko/abc.az. Böyük Britaniya Milli Statistika Ofisinin (ONS) məlumatına görə, ölkədə işsizlik səviyyəsi mart-may dövründə 4,9% təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 0,2 faiz bəndi çox olsa da, fevral-aprel ayları üzrə göstəricidən dəyişməz qalıb.
ONS-in İqtisadi Statistika üzrə direktoru Liz Makkioun əmək bazarının sabit seyr etdiyini diqqətə çatdırıb.
Həmçinin qeyd olunub ki, özəl sektorda çalışanların ildə müntəzəm əməkhaqqı artımı 2020-ci ildən bəri ilk dəfə 3%-dən aşağı düşüb, dövlət sektorunda isə artım tempi yüksək olaraq qalır.
21 İyul 2026