17:22 - 6.07.2026
6 iyul, Fineko/abc.az. 2026-cı ilin birinci rübündə Aİ ölkələri arasında işsizlik səviyyəsi ən çox Yunanıstanda artıb.
Bu barədə Avropa İttifaqının Statistika Xidməti (Eurostat) məlumat yayıb.
Yanvar–mart aylarında Yunanıstanda işsizlik 2,4 faiz bəndi artaraq 8,3%-dən 10,7%-ə yüksəlib. Artım tempinə görə ikinci yerdə Danimarka və Finlandiya qərarlaşıb. Hər iki ölkədə işsizlik 1,1 faiz bəndi artaraq müvafiq olaraq 7,4% və 10,8% olub.
Üçüncü yerdə İspaniya (0,9 faiz bəndi artım — 10,8%), dördüncü yerdə isə Estoniya (0,7 faiz bəndi artım — 7,1%) yer alıb.
14 İyul 2026
14 İyul 2026
13 İyul 2026
13 İyul 2026