12:00 - 18.07.2026
18 iyul, Fineko/abc.az. "Apple" şirkəti səhmlərinin 0,4% bahalaşması nəticəsində bazar dəyərini 4,9 trilyon dollara çatdıraraq, bir ildən sonra yenidən dünyanın en dəyərli şirkəti ünvanını geri qaytarıb.
May 2025-ci ildən bəri bu titulu əlində saxlayan çip istehsalçısı "Nvidia"nın səhmləri isə 3,7% ucuzlaşıb və şirkətin kapitallaşması 4,8 trilyon dollara geriləyib. Ekspertlərin fikrincə, investorların süni intellekt infrastrukturuna həddindən artıq böyük xərclər çəkən şirkətlərdən uzaqlaşaraq nəğd pul axını güclü olan "Apple"a üz tutması bu yerdəyişməyə səbəb olub.
Çinin "Moonshot" startapının yeni süni intellekt modelinin "Nvidia" çiplərindən istifadə edən ABŞ məhsullarına güclü rəqib olması xəbəri fonunda "Nvidia" dəyər itirərkən, "Apple" öz növbəsində "Apple Intelligence" sistemini Çin bazarında buraxmaq üçün rəsmi hökumət icazəsi alıb və HSBC bankı tərəfindən investisiya reytinqi yüksəldilib.
18 İyul 2026
17 İyul 2026
17 İyul 2026
16 İyul 2026
15 İyul 2026