Kanadanın Baş naziri Mark Karni ABŞ-ın %50-lik gömrük rüsumu qərarına sərt reaksiya verib

15:12 - 21.07.2026


21 iyul, Fineko/abc.az. Kanadanın Baş naziri Mark Karni ABŞ-ın Kanadadan idxal edilən bəzi mallara 50% səviyyəsində gömrük rüsumu tətbiq etmək qərarını "tərəfkeş və birtərəfli ticarət addımı" kimi qiymətləndirib.

Baş nazir yazılı bəyanatında bildirib ki, Vaşinqtonun bu addımı CUSMA (Kanada-ABŞ-Meksika) azad ticarət sazişinin şərtlərini, xüsusilə də avtomobil sektorunda pozur.

Karni Kanadanın azad və ədalətli ticarətin tərəfdarı olduğunu, mübahisələrin həlli üçün müvafiq təkliflər irəli sürdüyünü və yerli biznesin, eləcə də fermerlərin maraqlarını qorumaq üçün bütün zəruri cavab tədbirlərinin görüləcəyini vurğulayıb.

Xatırladaq ki, ABŞ tərəfi Kanadanı Amerikan məhsullarına qarşı "diskrimentativ" siyasət yürütməkdə ittiham edərək bu addımı atıb.