Tramp Britaniyanın Şimal dənizində neft hasilatını artırmaq planlarından danışıb

23:08 - 20.07.2026


20 iyul, Fineko/abc.az. Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində bildirib ki, Böyük Britaniyanın yeni hökumət başçısı Endi Börnem Şimal dənizində neft hasilatını artırmağı planlaşdırır.

ABŞ prezidentinin sözlərinə görə, bunun sayəsində London "yoxsul fəlakət"dən çıxacaq. Tramp qeyd edib ki, bu, "Yer kürəsindəki ən yüksək keyfiyyətli neftin ən iri mənbələrindən biridir" və ehtiyatlar yüz illərlə kifayət edəcək. Bu isə "Birləşmiş Krallığı yoxsul bir fəlakətdən dünyanın ən zəngin ölkələrindən birinə çevirəcək".

Siyasətçi həmçinin Britaniyanın Norveçdən milyardlarla dollarlıq neft idxal etməsini “məntiqsiz” adlandırıb və əlavə edib ki, Norveç həmin nefti "Şimal dənizinin daha az qiymətli hissəsindən" əldə edir.
Xatırladaq ki, Leyboristlər Partiyasının yeni lideri olan Endi Börnem iyulun 20-də rəsmi olaraq vəzifəyə başlayacaq.