10:13 - 3.09.2026
3 Sentyabr, Fineko/abc.az. Qlobal investorların ABŞ dolları pozisiyaları üzrə risklərdən sığortalanma dərəcəsi ən azı 2015-ci ildən bu yana ən aşağı səviyyəyə — 41%-ə düşüb.
"Bloomberg"in hesablamalarına görə, ticarət gərginliyi və ya bazar şəraitinin pisləşməsi fonunda investorların yenidən qorunma alətlərinə üz tutması dollarda kəskin satış təzyiqi yarada bilər.
Yaponiyanın, Kanadanın və Tayvanın iri institusional investorları yüksək hetcinq xərcləri və dolların sabitləşməsi fonunda qoruyucu pozisiyalarını azaldıblar. İdarə olunan 4,6 trilyon dollarlıq xarici aktivlər üzrə hetcinq nisbətində cəmi 5 faiz bəndlik artım bazarda təxminən 230 milyard dollarlıq birbaşa satış əməliyyatına gətirib çıxara bilər. Bu isa ABŞ valyutasının məzənnəsi üçün ciddi risk hesab olunur.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026