15:44 - 22.07.2026
22 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 53,1 min ABŞ dolları dəyərində 166,4 ton qarpız idxal edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib. Bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 71 %, kəmiyyət olaraq 73 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana qarpız ixrac edən ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.
Bu ilin ilk 6 ayında Gürcüstan xarici ölkələrdən 2,9 milyon ABŞ dolları dəyərində 9 min 568 ton qarpız alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 0,3 % və 0,1 % çoxdur.
Hesabat dövründə Gürcüstan İrandan 1,45 milyon ABŞ dolları dəyərində 4 min 824 ton, Türkiyədən 1,3 milyon ABŞ dolları dəyərində 4 min 335 ton, Özbəkistandan 68,4 min ABŞ dolları dəyərində 228 ton, Niderlanddan 21,3 min ABŞ dolları dəyərində 14 ton qarpız alıb.
21 İyul 2026