11:56 - 22.07.2026
22 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 997 min ABŞ dolları dəyərində 640,4 ton meyvə və tərəvəz şirəsi idxal edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib. Bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,8 dəfə, kəmiyyət olaraq 5 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana meyvə və tərəvəz şirəsi ixrac edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
Bu ilin ilk 6 ayında Gürcüstan xarici ölkələrdən 6,92 milyon ABŞ dolları dəyərində 2 min 876 ton meyvə və tərəvəz şirəsi alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 10 % azdır və 1,5 % çoxdur.
Hesabat dövründə Gürcüstan Türkiyədən 1,65 milyon ABŞ dolları dəyərində 414 ton, Avstriyadan 742 min ABŞ dolları dəyərində 120 ton, Niderlanddan 717 min ABŞ dolları dəyərində 167 ton, Ukraynadan 471 milyon ABŞ dolları dəyərində 382 ton məhsul alıb.
21 İyul 2026