"KazMunayQaz" "Kaşaqan" yatağı üzrə 5 mlrd dollarlıq ekoloji cərimədəki payını ödəmək niyyətindədir

15:45 - 21.07.2026


21 iyul, Fineko/abc.az. Qazaxıstanın dövlət neft-qaz şirkəti "KazMunayQaz" "Kaşaqan" yatağı üzrə təyin olunmuş 5 milyard dollarlıq ekoloji cərimədəki payını ödəməyi planlaşdırır.

"Bloomberg" agentliyinin mənbələrə istinadən verdiyi məlumata görə, Qazaxıstan tərəfinin bu addımı layihənin digər xarici tərəfdaşlarının, o cümlədən "Shell" və "ExxonMobil" şirkətlərinin mövqeyindən kəskin fərqlənir.

Xarici konsorsium tərəfdaşları ekoloji normaların pozulması ittihamlarını rədd edərək sanksiyalarla bağlı beynəlxalq arbitraj məhkəməsində mübarizə aparırlar.