Dünya bazarında Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşıb

10:11 - 21.07.2026


21 iyul, Fineko/abc.az. Dünya bazarında Azərbaycanın etalon hesab edilən "Azeri Light" (CIF) markalı xam neftinin bir barelinin qiyməti 2,41 ABŞ dolları və ya 2,63% artaraq 93,91 dollara yüksəlib.

Bununla yanaşı, Türkiyənin Ceyhan limanındakı təhvil şərtləri ilə (FOB) "Azeri Light" neftinin qiyməti 2,42 dollar (2,76%) artaraq barel üçün 89,99 dollar təşkil edib.

 Xatırladaq ki, "Azeri Light" markalı neftin tarixi ərzində ən aşağı qiyməti 2020-ci ilin aprelində (15,81 dollar), maksimum göstəricisi isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub.