16:07 - 20.07.2026
20 iyul, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyun aylarında dünya üzrə boru kəməri qazının idxalı illik ifadədə 1% artaraq 306 milyard kubmetrə çatıb.
Bu barədə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında bildirilir.
"2026-cı ilin yanvar-iyun ayları ərzində dünya üzrə məcmu boru kəməri qazı idxalı illik ifadədə 1% artaraq 306 milyard kubmetrə çatıb", - deyə hesabatda qeyd olunur.
Qeyd edilir ki, idxalın artımı ilk növbədə Qazaxıstan, Kanada və Avropa İttifaqı ölkələrinə tədarükün çoxalması hesabına təmin edilib ki, bu da ABŞ, Meksika və Çinə tədarükün azalmasını kompensasiya edib.
GECF-in məlumatlarına görə, Avrasiya dünya boru kəməri qazı bazarında ən iri ixracatçı region statusunu qoruyub saxlayıb; regionun payına bütün tədarüklərin 33%-i düşür.