Özbəkistan və Azərbaycan ticarət dövriyyəsini 1 mlrd dollara çatdırmağı hədəfləyir

11:57 - 21.07.2026


21 iyul, Fineko/abc.az. İyulun 17-də Daşkənddə keçirilən Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın (HİK) 15-ci iclasının yekunlarına əsasən, tərəflər protokol, eləcə də sərmayə, maliyyə, sənaye kooperasiyası, geoloji kəşfiyyat və faydalı qazıntıların mənimsənilməsi sahələrində ikitərəfli sənədlər paketi imzalayıblar.

2026-cı ilin yanvar-may aylarında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 40% artmışdır.

Tərəflər qarşılıqlı ticarət həcmini 1 milyard dollara çatdırmaq niyyətində olduqlarını növbəti dəfə təsdiqləyiblər.