Mask süni intellekt agentləri səbəbindən brauzerlərin yox ola biləcəyini istisna etməyib

16:41 - 20.07.2026


20 iyul, Fineko/abc.az. Amerikalı sahibkar İlon Mask süni intellekt agentləri inkişaf etdikcə ənənəvi veb-brauzerlərin yox ola biləcəyi barədə proqnozla razılaşıb. "X" platformasında aparılan müzakirələrdə istifadəçilər bildiriblər ki, rəqəmsal köməkçilər zaman keçdikcə təkcə brauzerləri deyil, həm də veb-saytların və proqramların bir qismini əvəz edəcək.

Mask bu fikri qısa şəkildə dəstəkləyib. O, daha əvvəl dəfələrlə süni intellektin sürətli inkişafı və onun bir sıra tapşırıqlarda insanı üstələmək qabiliyyəti barədə bəyanatlar verib.