15:34 - 17.07.2026
17 iyul, Fineko/abc.az Hökumətin qeyri-neft büdcə kəsirinin azaldılması istiqamətində siyasəti fiskal dayanıqlığı gücləndirir. Eyni zamanda SOFAZ-ın aktivləri artmaqda davam edir və 2025-ci ildə ÜDM-in 97%-nə çatıb. Moody's hesab edir ki, 2026-cı ildə neft qiymətlərinin yüksək qalması əlavə neft gəlirləri yaradacaq, Neft Fondunun aktivlərini artıracaq və hökumətin iqtisadi şoklara qarşı dayanıqlığını daha da gücləndirəcək.
Agentlik həmçinin qeyd edib ki, Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin genişlənməsi, regional nəqliyyat dəhlizləri üzrə əldə olunan irəliləyiş və sülh prosesinə beynəlxalq dəstəyin davam etməsi rəsmi sülh sazişi hələ imzalanmasa da, geosiyasi risklərin tədricən azalmasına və regional əlaqələrin güclənməsinə şərait yaradır.
Moody's vurğulayıb ki, Azərbaycanın uzunmüddətli emitent reytinqi Baa3 səviyyəsində qalır.
Moody's bildirib ki, hazırkı sənəd yeni reytinq qərarı deyil və yalnız Azərbaycanın kredit profilinin dövri qiymətləndirilməsinin nəticələrini əks etdirir. ©APA
15 İyul 2026
16 İyul 2026