"Wall Street" bankları rekord mənfəətə rəğmən 10 mindən çox işçini ixtisar edib

16:20 - 17.07.2026


17 iyul, Fineko/abc.az. ABŞ-ın "Bank of America", "Wells Fargo", "Citigroup", "Goldman Sachs" və "Morgan Stanley" kimi nəhəng investisiya banklarının ümumi işçi sayı bu ilin ikinci rübündə 10 mindən çox azalıb.

Açıqlanan rüblük hesabatlara əsasən, "Wall Street" qurumları aktiv ticarət əməliyyatları sayəsində rekord qazanclar əldə etsələr də, xərclərə nəzarət etmək məqsədilə son altı ilin ən böyük işçi ixtisarına gediblər.

 "JPMorgan Chase" istisna olmaqla, digər bütün nəhənglərdə işçi sayı ardıcıl üç rüb dərəcə aşağı düşüb.

 Bank rəhbərləri, xüsusilə "Wells Fargo"nun rəsmi açıqlamaları göstərir ki, süni intellekt və yeni texnologiyaların tətbiqi prosesləri sürətləndirdiyi üçün banklar gələcəkdə daha az insan kapitalı ilə fəaliyyət göstərməyi və səmərəliliyi bu yolla artırmağı planlaşdırırlar.