Əhali bu dövrdə içki və tütün məmulatlarına 1 milyard 427,3 milyon manat pul xərcləyib

11:39 - 17.07.2026


17 iyul, Fineko/abc.az. Bu ilin birinci yarısında Azərbaycanda əhali içkilər və tütün məmulatlarının alınmasına 1 milyard 427,3 milyon manat pul xərcləyib.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. İçkilər və tütün məmulatlarının alınmasına çəkilən xərc ötən ilin eyni dövrü ilə müqayisədə 1,3% artıb.

Xatırladaq ki, ötən  ilin ilk yarısında əhali içkilər və tütün məmulatlarının alınmasına 1 milyard 296,1 milyon manat pul xərcləmişdi.

Bu ilin ilk yarısında bu məhsulların alınmasına aylıq orta hesabla 237,8 milyon manat xərclənib. Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 4,4%-i içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.