12:29 - 21.07.2026
21 iyul, Fineko/abc.az. Gürcüstan və Azərbaycan beynəlxalq avtomobil yükdaşımaları üzrə rəqəmsal icazə sənədlərinin verilərək mübadiləsi prosesinə rəsmən başlayıblar.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Quru Nəqliyyatı Agentliyinin direktoru Bakur Mikadzenin bildirdiyinə görə, bu rəqəmsal mexanizm inzibati prosedurları və kağız sənədləşməni azaldır, eləcə də beynəlxalq daşıma əməliyyatlarının təhlükəsizliyini və sürətini artırır.
Uğurlu danışıqlar nəticəsində 2026-cı il üçün tərəflər arasında 1 000 ədəd elektron icazə forması mübadiləsi aparılıb.
Qeyd edək ki, oxşar layihə iyulun əvvəlində Türkiyə ilə də tətbiq olunub, iki ölkə arasında icazə sisteminin tam rəqəmsallaşdırılması isə 2027-ci ilə planlaşdırılır.
21 İyul 2026
21 İyul 2026
21 İyul 2026