Avropanın nəhəng aktiv idarəçiləri qızıla sərmayələri bərpa edir: İllik hədəf 5 000 dollardır

16:11 - 4.09.2026


4 Sentyabr, Fineko/abc.az. Avropanın ən böyük aktiv idarəetmə şirkəti "Amundi SA" daxil olmaqla, ümumilikdə 27 trilyon dollarlıq portfeli idarə edən qlobal fondlar qiymətli metalın ilin sonunadək 5 000 dollar səviyyəsinə qaytarılacağı gözləntisi ilə qızıl alışlarını artırıblar.

"Pictet", "Robeco", "Fidelity" və "BNP Paribas" kimi nəhəng qurumlar qızılın rekord səviyyələrdən geriləməsindən istifadə edərək portfellərindəki payını yenidən genişləndiriblər.

Ekspertlər qızılı ABŞ-ın borc riskləri və inflyasiyaya qarşı əvəzsiz müdafiə aləti hesab edirlər. "Bridgewater Associates"in təsisçisi Rey Dalio isə investorlara borc krizisi riskindən qorunmaq üçün vəsaitlərinin 15%-dək hissəsini qızıla yönəltməyi tövsiyə edib.