15:18 - 17.07.2026
17 iyul, Fineko/abc.az. 2026-cı ilin birinci rübündə Azərbaycanın real ÜDM-i illik müqayisədə 0,3% azalıb, ilin ilk beş ayında isə iqtisadi artım faktiki olaraq dayanıb. Agentliyin qiymətləndirməsinə görə, neft hasilatının azalması qeyri-neft sektorundakı artımla kompensasiya olunub. Tikinti sektorunda əvvəlki illərdə bərpa işlərinin yaratdığı yüksək artım tempi zəifləsə də, informasiya-kommunikasiya texnologiyaları, turizm və emal sənayesi iqtisadi fəallığı dəstəkləməyə davam edir.
Reytinq agentliyi 2026-cı ildə Azərbaycanın iqtisadi artımının təxminən 1,5%, ortamüddətli perspektivdə isə 2-2,5% olacağını proqnozlaşdırır. Moody's hesab edir ki, qeyri-neft sektorunun inkişafı, rəqəmsal infrastruktur layihələri, regional nəqliyyat əlaqələrinin genişlənməsi, eləcə də dövlət maliyyəsinin idarə olunması, bank sektorunun tənzimlənməsi və fiskal nəzarət sahələrində aparılan islahatlar iqtisadi artımı dəstəkləyəcək.
18 İyul 2026
17 İyul 2026
16 İyul 2026
16 İyul 2026