14:03 - 18.07.2026
18 iyul, Fineko/abc.az. Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" Türkiyənin xarici valyutada uzunmüddətli defolt reytinqini "BB-", reytinq üzrə proqnozunu isə "sabit" səviyyəsində təsdiqləyib.
Agentliyin hesabatında bildirilir ki, ölkənin aşağı dövlət borcu, böyük və şaxələndirilmiş iqtisadiyyatı, eləcə də dayanıqlı bank sektoru reytinqi dəstəkləsə də, yüksək inflyasiya tarixi və xarici likvidliyin aşağı olması artımı məhdudlaşdıran əsas amillərdir.
"Fitch"in proqnozlarına görə, Türkiyədə inflyasiya 2026-cı ilin sonunda 29,5% təşkil edəcək, ölkə iqtisadiyyatı isə 2026-cı ildə 2.8% böyüdükdən sonra 2027-ci ildə 4,4%-ə yüksələcək.
Eyni zamanda, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) pul-kredit siyasəti sayəsində ölkənin məcmu valyuta ehtiyatlarının 2026-cı ilin sonuna qədər 167 milyard dollara çatacağı, cari kəsirin isə ÜDM-in 3%-i səviyyəsində formalaşacağı gözlənilir.
18 İyul 2026
17 İyul 2026
17 İyul 2026
16 İyul 2026
16 İyul 2026