Azərbaycanda pensiya 9,1 faiz artıb - DSK

14:58 - 16.03.2026


16 mart, Fineko/abc.az. 2026-cı il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 98,9 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1098,3 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,7 faizini təşkil edir.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz artaraq 541,6 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 49,1 faizinə bərabər olub.